"Muğan Bank" sistem əhəmiyyətli bank hesab olunmurdu. Bu da ondan irəli gəlirdi ki, "Muğan Bank"ın Azərbaycanda bank sektorunda payı kifayət qədər kiçik idi.
TƏCİLİ : “Muğan Bank”ın lisenziyası - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
"Muğan Bank" bank sistemində aktivlərin 1.4 faizini, kredit proftelinin 2 faizini, öhdəliklərin isə 1,3 faizini təşkil edirdi. Bank sektorunda ümumi payı kiçik olduğuna görə lisenziyasının ləğv edilməsi ümumi bank sektoruna ciddi təsir göstərməyəcək. Mərkəzi Bankın məlumatına görə, bankda olan əmanətçilərin 99,9 faizi sığortlanan əmanətlərdir. Sığortalanan əmanətlər olduğu üçün daha qısa zamanda həmin əmanətlərin geri qaytarılması mümkün olacaq", - deyə o bildirib.
Deputat, həmçinin, əlavə edib ki, bankın bağlanması bir sıra digər məsələləri önə çıxarır.
"İlk öncə vətəndaşlarımız banklara əmanətlər qoyarkən çox diqqətli olmalıdır. Əmanətləri yerləşdirən zaman bankın maliyyə hesabatlarını zamanında təqdim etməsinə, göstəricilərinə xüsusi diqqət etməlidirlər. Eləcə də, sığortalanan əmanət formasında vəsaitin yerləşdirilməsi çox vacibdir. Mövcud qaydalara əsasən, qorunan əmanətlərin illik faizi manat üzrə 12, xarici valyuta isə 2,5 faizdən çox olmamalıdır" , - deyə V. Bayramov bildirib.