"Muğan Bank" ASC nizamnamə kapitalının 5 milyon manat və yaxud 4,9% artırılaraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdırılması prosesini yekunlaşdırıb.
Eləcə də bax: “Muğanbank”ın nizamnamə kapitalı 107,5 mln. manatadək artırılır - QƏRAR
FED.az bu barədə Bakı Fond Birjası QSC-yə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd yeni adi, sənədsiz, adlı səhm ötən gün Birjada yerləşdirilib və əldə olunub.
Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur. (Report)