“Biz görürük ki, ildən-ilə kiçik və orta biznesin götürdüyü kredit həcmləri artır, ortalma faiz dərəcələri düşür. Bu da onu göstərir ki, banklar krediti vermək, müştərilər də götürmək istəyirlər”.
"Depozit faizləri artsa da, kredit faizlərində artım olmayıb"
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru bildirib.
Sədr, “Mən düşünürəm ki, indiki şəraitdə bizneslərə kredit lazımdır və bizneslər kredit götürür” deyərək çıxışına belə davam edib:
““Kapital Bank” daha çox dövlət, böyük infrastruktur layihələrində iri həcmdə kreditləşdirmə ilə iştirk edir. Digər fokus isə mikro, kiçik və orta sahibkarlıqdır. Bizim burada rəqəmlərimiz ildən-ilə artır. Biz burada potensialı, həm də müştəri ehtiyaclarını və artan müraciətləri görürük. Həm də müştərilərin banklara təqdim etdikləri məlumatların keyfiyyətinin artdığını müşahidə edirik. Bu da banklara daha rahat və ucuz kredit verməyə imkan yaradır”.
Fərid Hüseynov əlavə edib ki, “Kapital Bank” mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi və onlara digər bank xidmətlərinin göstərilməsi baxımdan bazarda liderlərdən biridir və lider olaraq da qalmağı hədəfləyir. (Marja)