17 dekabr 2021-ci il tarixində PAŞA Holding və holdinqə daxil olan şirkətlər, işğaldan azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada iştirak etdilər.
FED.az xəbər verir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilir.
Aksiya çərçivəsində Zəngilan rayonunda yeni meşə massivinin yaradılması məqsədilə 11 000 ağac əkiləcək. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, həmçinin PAŞA Holding-in, holdinqə daxil olan şirkətlərin, nazirliyin və fondun əməkdaşları iştirak edirdi.
Aksiyadan sonra iştirakçılar Zəngilan rayonunda 1-ci Qarabağ Müharibəsi zamanı salınan, sonra məfhum düşmən tərəfindən dağıdılan, lakin 44 günlük Vətən Müharibəsindən sonra yenidən bərpa olunan Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərin qəbirlərinə gül dəstələri qoydular.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.