Son dövrlər "Kapital Bank"dan müştərilərə" Mygov" platforması vasitəsilə mesajlar göndərilir, məlumatların sorğulanması üçün icazə istənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında bankın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bank prioritet olaraq müştərilərin məlumatlarını sorğulayır:
"Bu həm daxili hesabatlılıq üçün, həm də müştərilərə daha yaxşı xidmət etmək üçündür. Müştərilərə kütləvi şəkildə sorğulanma ilə bağlı mesajların göndərilməsi yeni bir sistemin yoxlanması ilə bağlı idi. Bundan sonra müştərilərə belə kütləvi halda mesajların gəlməsi gözlənilirmir".














