Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank ali məktəb tələbələri üçün yeni layihəyə başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib ola bilərlər.
Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar. Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq.
Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan Kapital Bank-da təcrübə proqramı keçmək şansı qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək istəyənlər https://kbl.az/birideyamvar saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə bağlı sualları [email protected] mailinə ünvanlamaq olar.
Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.