Müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, işğaldan azad edilən Şuşa şəhərində daha bir yeniliyi təqdim etdi.
FED.az xəbər verir ki, Şuşada fəaliyyət göstərən Bolmart marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.
Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Şuşada olan AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb və mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından, “Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.