“Kapital Bank”ın aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6 mlrd. manat təşkil edib.
Eləcə də bax: "Kapital Bank" Azərbaycan bankları arasında - Ən Yüksək Reytinqi Alıb
Bankdan FED.az-a verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi 2,2 mlrd. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 4 mlrd. manat olub.
Bankın 1 aprel 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.
Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.