Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində keçirilən dəyirmi masada iştirak edib.
Eləcə də bax: "Kapital Bank" Zəngilanda sosial aksiya - HƏYATA KEÇİRDİ
FED.az xəbər verir ki, tədbir Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda keçirilib.
Tədbirin əsas məqsədi ekosistem oyunçuları arasında əməkdaşlığın və müzakirələrin təşviqi, baş verən proses və fəaliyyətlər haqqında məlumatlılığın artırılması, eləcə də xüsusilə regionlarda genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasına diqqət çəkməkdən ibarət olub.
İştirakçılar tərəfindən ölkəmizdə innovasiya ekosistemindəki çətinliklər, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, innovasiya sahəsində qanunvericilik bazasının formalaşdırılması və innovasiya maliyyələşməsi barədə müzakirələr edilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb. Bundan başqa iştirakçılar bu sahənin inkişafı üçün əhəmiyyət daşıyan 13 istiqamət üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Gənclər Fondunun (AzGF) birgə təşkilatçılığı ilə keçirilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.