31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Bank 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin (“törəmə müəssisə” və ya “BirKart BOKT”), 100%-lik sahibi olub.
Bu barədə FED.az "Kapital Bank" ASC-nin illik hesabatına istinadən xəbər verir.
2024-cü il ərzində Bank əlavə olaraq törəmə müəssisənin hər biri 10 AZN məbləğində 25,246 yeni səhmini tam ödəmiş və 31 dekabr 2024-cü il tarixinə törəmə müəssisənin səhm kapitalı cəmi 88 milyon 336 AZN (2023-cü il: 63 milyon 090 AZN) təşkil edib. Törəmə müəssisə kreditlərin verilməsi fəaliyyəti ilə məşğul olmur.
Competo MMC
6 mart 2020-ci il tarixində, “BirKart BOKT” MMC “Competo” MMC-də (“asılı müəssisə”) 50 AZN məbləğində səhm kapitalının 25%-ni satınaıb.
“Competo” MMC 9 fevral 2018-ci il tarixində təsis edilib və pərakəndə bankçılıq üzrə İT və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərir. 2024-cü il ərzində “BirKart BOKT” asılı müəssisəsinə 20,861 AZN məbləğində investisiya etmiş və “Competo” MMC-dəki səs hüquqlu səhmlərinin faizini 48%-dən 60,3%-dək artırmışdır. Nəticədə, “Competo” MMC Bankın törəmə müəssisəsinə çevrilib.
Daha sonra, 2024-cü il ərzində “BirKart BOKT” “Competo” MMC-yə 31 milyon 245 AZN məbləğində əlavə investisiya etmişdir və törəmə müəssisəyə ümumi investisiyanın cəmi dəyəri 85 milyon 996 AZN təşkil edib.
31 dekabr 2024- cü il tarixinə törəmə müəssisənin səhm kapitalı 122milyon 038 AZN (2023-cü il: 69 milyon 933 AZN) təşkil edib və “BirKart BOKT”- un “Competo” MMC-dəki payı 70,47% (2023-cü il: 48%) olub.
PashaPay MMC
31 dekabr 2024-cü il tarixinə Bank elektron ödənişlər və nağd ödəniş terminalları bazarında fəaliyyət göstərən “PaşaPay” MMC-də (“törəmə müəssisə”) 99,99% sahibdir. Bank 10 mart 2022-ci il tarixində törəmə müəssisəsi olan “BirKart BOKT” vasitəsilə səhm kapitalının əlavə 79%-ni almaqla “PashaPay” MMC-nin sahibinə çevrilib.