Kapital Bank namizədləri Tovuz, Masallı, Bərdə və Balakən filialları üzrə "Məlumat xidməti / Reception" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
• Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi;
Tələblər :
• Ali təhsil
• Səbirli, təmkinli, təzyiqə davamlı
• Ünsiyyətqurma və izahetmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office proqramları üzrə biliklər
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi (İnsan resurslarının idarə edilməsi departamenti)
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• HR proseslər üzrə analiz aparmaq (HR metriklər üzrə hesabatlar və təhlillər aparmaq).
• Əməkdaşların fəaliyyət qiymətəndirilməsini həyata keçirmək;
• Əməkdaşların illik fəaliyyət göstəricilərinin təhlili etmək;
• Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq hesablamaları aparmaq;
• Fəaliyyət göstəricilərinin təhlili zamanı istifadə olunan hesabatları optimallaşdırmaq;
• HR layihələrdə iştirak etmək.
Tələblər
• Ali təhsilin olması (Maliyyə və ya HR sahəsi üzrə olması arzuolunandır) ;
• HR sahəsində minimum 2 il iş təcrübəsi;
• MS Excel biliyinin yüksək səviyyədə olması;
• Analitik düşünmə və təhliletmə bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Dəqiqlik, detallara qarşı diqqətlilik;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Kapital Bank namizədləri Masallı, Ağcabədi, Göyçay, Mingəçevir, Sabirabad və Salyan fillialarında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər :
• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
• Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
• Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər :
• Ali təhsil;
• Səlis Azərbaycan dili;
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.