"Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "Kapital Bank" ASC) 22 yanvar 2024-cü il tarixində, saat 11.00-da Səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda nəqliyyat şirkətinə yeni idarə heyəti seçiləcək - TOPLANTI
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
I. 2024-2026 dövrü üzrə "Kapital Bank" ASC-nin strateji planı, Strateji baxış və missiya bəyanatı haqqında məlumat
II. Bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi haqqında
III. Digər məsələlər
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallar barədə 22.01.2024-cü il tarixinədək www.kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış ola bilərsiniz.
Yığıncağın ünvanı: Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi 2E ünvanında yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı)