“Kapital Bank” azad olunmuş ərazilərdə bir filial açıb. Digər filial bu ilin sonu, gələn ilin əvvəli açılacaq. Şuşa şəhərində bizə yer ayrılandan sonra filialımızı açacağıq. Burada biznesdən daha çox, biz hesab edirik ki, hər bir vətəndaşın borcudur ki, həmin ərazilərdə dəstək göstərsin”.
"Kapital Bank"ın sədri: "Bu il 200 milyon manat civarında xalis mənfəət gözləyirik"
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
“Biz çalışırıq, onlayn bizneslər quraq. “Birbank” tətbiqində bir çox əməliyyatlar tətbiq etmək mümkündür. Kiçik və orta sahibkarlar bunlardan yararlana, istifadə edə bilirlər. Burada data əsaslı yanaşma tətbiq edirik. Həmçinin həmin tətbiq vasitəsilə qeyri-bank məhsulları da əldə etmək mümkündür”.