İslam maliyyə pəncərəsinin açılması ilə bağlı bir bank bizə müraciət edib.
AMB: İslam bankçılığı kimi alternativ alətlərindən istifadə nəzərdən keçirilir
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, İslam bankçılığının yaradılması zamanə hüquqi bazaya baxılmalıdır və ilk olaraq biz İslam pəncərəsinin yaradılmasını nəzərdə tuturuq. Biz bu məhsulun test edilməsi üçün 6 ay 1 il vaxt sərf edirik.
Hal-hazırda bir bankla xüsüsi tənzimləmə rejimində, test rejimində islam pəncərəsinin fəaliyyəti ilə bağlı danışıqlar aparırıq. Tam İslam bankçılığının yaradılması, hüquqi bazanın təşkili minimum 3-5 il təşkil edir. Əgər görsək ki, tələb artır bu yöndə, biz də bu sahədə işimizi sürətləndirəcəyik.
Bizim məqsədimiz əhalinin maliyyə alətlərinə çıxışının artırılmasını təmin etməkdir.