«Günay Bank» ASC 2020-ci il üzrə bankın fəaliyyətinin yekunlarını açıqlayıb.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, «Günay Bank» 2020-ci ili 408 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə 1 milyon 766 min manat və ya 5,33 dəfə azdır. Qeyd edək ki, bank 2019-cu ili 2 milyon 174 min manat xalis mənfəətlə bağlamışdı.
2020-ci ildə «Günay Bank»ın faiz gəlirləri 12 milyon 938 min manat olub. Ötən il bu göstərici 12 milyon 70 min manat idi. Bu dövrdə bank müştərilərə verdiyi kreditlərdən 9,6 milyon manat faiz gəliri əldə edib, ötən il bu göstərici 7,7 milyon manat olmuşdu.
«Günay Bank»ın başqa banklardakı depozitlərindən gəliri isə 26% azalaraq 2,2 milyon manata enib.
2020-ci ildə bankın faiz xərcləri isə 12%-ə yaxın azalaraq 7 milyon 775 min manat təşkil edib. Azalmanın əsas səbəbi bankdakı əmanət sahiblərinə ödənilən məbləğlərin 3,8 milyon manatdan 3,2 milyon manat enməsidir.
Nəticədə ilin yekunu üzrə bankın xalis faiz gəliri 5 milyon 163 min maat təşkil edib.
2020-ci ildə «Günaybank»ın qeyri-faiz faiz gəliri 2,8 milyon manat və ya 33,2% azalaraq 8,46 milyon manatdan 5,65 milyon manata enib.
Bu dövrdə bank haqq və komissiya gəlirlərindən 4,8 milyon manat əldə edib, amma bankın «zəif yeri» valyuta mübadiləsi olub. 2020-ci ildə «Günay Bank»ın valyuta mübadiləsindən əldə etdiyi gəlirlər 2019-cu illə müqayisədə 7 dəfədən çox azalıb. 2019-cu ildə «Günaybank» valyuta mübadiləsindən 4,3 milyon manat qazanmışdısa, 2020-ci ildə bu göstərici 7,4 dəfə azalaraq 588 min manata enib. Bu maddədəki azalma bankın bütün gəlirlərinə mənfi təsir edib.
Qeyri-faiz xərcləri isə təqribən yarım milyon manat və ya 6% artaraq 8,9 milyon manata yaxınlaşıb.
Bankın inzibati xərcləri 250 min manat, əmək haqqı xərci isə 170 min manat artıb.
2020-ci ildə «Günay Bank»ın cəmi əməliyyat mənfəəti 1 milyon 948 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə təqribən 2 dəfə azalıb, 2019-cu ildə bankın əməliyyat mənfəəti 3 milyon 342 min manat təşkil etmişdi.
Əməliyyat mənfəətindən 1 milyon 540 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ili 408 min manat xalis mənfəət ilə başa vurub.
Yuxarıda qeyd edildiyi kimi, bu, 2019-cu ilin göstəricisindən 5 dəfə aşağıdır.
2020-ci ildə «Günay Bank»ın aktivləri 13,5% artaraq 245 milyon 43 min manata yüksəlib. Artım əsasən kredit portfelinin böyüməsi hesabına başa verib.. Bankın kreditləri təqribən 32 milyon manat arataraq 191 milyon manata yaxınlaşıb.
Kreditlərin artımı bütün istiqamətlərdə müşahidə edilib. Biznes kreditləri 8,3% artaraq 126,2 milyon manata, ipoteka kreditləri isə 56% artaqraq 62,4 milyon manata çatıb.
Ötən ilin sonunda «Günay Bank»da deposit portfeli 94,5 milyon manat olub. Bunun 69 milyon manatı fiziki şəxslərin, 25,6 milyon manatı isə hüquqi şəxslərin depozitlərinin payına düşüb.
2020-ci ilin sonunda Günay Bank 64 milyon 847 min manat məcmu kapitala malik olub. 2019-cu ilib sonunda Bank 64 milyon 178 min manat məcmu kapitala malik idi.