"Günay Bank" ASC bu ilin I rübünü 878 min manat mənfəətlə başa vurub.
FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,3 % azalma deməkdir.
Yanvar-mart aylarında “Günay Bank”ın gəlirləri 5,781 milyon manat (illik müqayisədə 0,2% çox), xərcləri 4,382 milyon manat (7,8% çox), xüsusi ehtiyatlara ayırmaları 521 min manat (17,6% az) təşkil edib.
Bu il aprelin 1-nə “Günay Bank”ın aktivləri 250,67 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,1% çoxdur. Bunun 170,932 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,5% böyüyüb.
Hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 8,2% artaraq 184,739 milyon manata, o cümlədən depozit portfeli 6% artaraq 101,808 milyon manata, balans kapitalı isə 0,6% artaraq 65,932 milyon manata çatıb.