Unibank məhsul və xidmətlərində davamlı texnoloji yeniliklər tətbiq etməklə, ölkənin ən innovativ bankları siyahısındadır.
Eləcə də bax: "Unibank"ın nizamnamə kapitalı - 142 MİLYONU ÖTDÜ
Daim müştərilərinin istəklərini reallaşdıran bank, daha bir təmassız ödəniş imkanını kart istifadəçilərinə təqdim edib. Android telefonları, planşetləri və ya saatları ilə ödənişlər etməyə imkan verən "Google Pay™" xidməti artıq “Unibank”da! Elə indi UCard və Leo kartlarını UBank-da "Google Wallet™"a əlavə edərək, sürətli, təmassız və təhlükəsiz ödənişlər edə bilərsiniz. "Google Pay™" istifadəçiləri ödəniş kartını başqasına vermədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələ ötürmədən, ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi innovativ texnologiyalarla təmin olunur.
"Google Pay™" vasitəsilə ödəniş etmək hansı üstünlükləri qazandırır?
- Üzərinizdə nağd pul və bank kartı daşımağa ehtiyac qalmır;
- Təhlükəsizdir;
- Ödəniş prosesi çox asandır;
- Sürətlidir;
- Daha çox keşbek qazandırır.
Ödənişi həyata keçirmək üçün sadəcə Android telefonları, planşetləri və ya saatlarını ödəniş terminalına yaxınlaşdırmaq kifayətdir. "Google Pay™" vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur. "Google Pay™" ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Eyni zamanda "Google Pay™" vasitəsilə Android əməliyyat sistemində çalışan smartfonlar, smart saatlar və noubuklarda yüklənmiş tətbiqlərdə rahat və sürətli alış-veriş etmək də mümkündür, çünki artıq qeydiyyatdan keçməyə ehtiyac qalmır.
Təhlükəsizlik və məxfilik "Google Pay™"də təmin olunur. Siz kredit və ya debet kartınızı "Google Pay™"ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Google serverlərində saxlanılmır.
"Google Pay™"ə kartları əlavə etmək çox asandır. Sadəcə cihazınızda "Google Wallet™" (“pul kisəsi”) tətbiqinə daxil olub oradakı təlimatlara əsasən UCard və ya Leo kartınızı əlavə etmək kifayətdir. Kart cihaza əlavə olunan andan müştəri həmin cihazda "Google Pay™"dən istifadə edə bilər.
Unibank- Sənin Bankın!