"Qafqaz regionunda bir sıra banklar 2022-2023-cü illərdə rekord səviyyədə yüksək göstəricilər əldə edib və biz bunun davam edəcəyini gözləyirik".
"Fitch"dən Dollar/Manat məzənnəsi ilə bağlı - MÜHÜM AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəxalq reytinq agentliyinin açıqlamasında bildirilib. Agentlik qeyd edib ki, region bankları müsbət suveren kredit reytinqlərinin yaratdığı əlverişli əməliyyat mühiti və sürətli iqtisadi artımdan faydalanıb. Bu ölkələrdə aktivlər üzrə yüksək faiz dərəcələri və yüksək likvidliyin yaratdığı aşağı maliyyələşdirmə xərcləri, o cümlədən faiz gəlirlərinin 1-2% həcmində artması bank sektorunun mənfəətliliyinə təsir edib. Yüksək neft qiymətləri və aktivlərin keyfiyyəti ilə bağlı risklərin azaldılması Azərbaycan banklarının fəaliyyətinə müsbət təsir edib.
Vurğulanıb ki, Azərbaycanda sürətli kredit artımı və bankların səhmdarlarına böyük həcmdə dividend ödəmələri kapital əmsallarına təsir etsə də, yüksək gəlirlilik fonunda kapitallaşmanın məqbul səviyyədə qalacağı gözlənilir.
"Fitch" qeyd edib ki, əlverişli makroiqtisadi şərait və sağlam kredit artımı regionda kredit keyfiyyət göstəricilərində davamlı təkmilləşmələri dəstəkləyir. Müsbət dinamika bankların keçmiş risklərinin əhəmiyyətli dərəcədə azaldığının müşahidə edildiyi Azərbaycanda xüsusilə nəzərə çarpır.
Agentlik həmçinin hesab edir ki, region ölkələrinin bank sektoru üzrə likvidlik yüksəkdir. Belə ki, Ermənistan və Gürcüstanda 2022-ci ildə əhəmiyyətli qeyri-rezident daxilolmalarından sonra 2023-cü ildə depozitlərin həcmi sabit olub. Bank sektoru üzrə kredit/depozit nisbəti (LDR əmsalı) 2023-cü ilin sonunda 90%-100% təşkil edib. Azərbaycanda isə bu nisbət 60%-lə MDB+ regionunda ən yüksək göstəricilərdən biridir.
"Son illərdə regionda banklar üzrə müsbət reytinqlərin artması müşahidə olunur. Biz Ermənistan banklarını əhəmiyyətli dərəcədə təkmilləşdirən kredit göstəricilərini əks etdirərək təkmilləşdirdik və 2024-2025-ci illərdə göstəricilərin tarixi normaları üstələyəcəyini gözləyirik. Azərbaycan və Gürcüstanda bir neçə bank üzrə müsbət proqnoz verilməsi onların yüksək potensialına işarə edir" - "Fitch" əlavə edib. (Apa)