Dəyərləri sırasında korporativ sosial məsuliyyətə hər zaman xüsusi diqqət ayıran Expressbank, eyni zamanda dövlət layihələrində iştirak edərək həssas əhali qrupuna dəstək göstərməyə davam edir.
Eləcə də bax: Expressbank-ın Gəncə filialı yeni ünvanda!
FED.az xəbər verir ki, 2020-ci ilin mart ayından başlayaraq və hələdə ölkəmizdə pandemiya şəraitinin davam etməsini nəzərə alaraq, Expressbank işsiz və xüsusi karantin rejimində gəlirini itirən vətəndaşlara dəstək olmaq məqsədi ilə yeni, “Baza bank xidmətləri paketi”ni təqdim edir.
“Baza bank xidmətləri paketi” çərçivəsində aşağı gəlirli əhali qrupuna aid olan vətəndaşlar cari hesabın açılması, SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması, ay ərzində bankın ölkədaxili ATM şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşdırma əməliyyatının aparılması, cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi, ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması kimi bir sıra bank xidmətlərindən heç bir komissiya ödəmədən istifadə edə bilərlər.
Expressbank artıq layihəyə start verib və bu layihə ilkin mərhələdə 15.500 nəfər aşağı gəliri olan vətəndaşı əhatə edəcək. Qeyd etmək istərdik ki, həmin şəxslərə daha əvvəl də dövlət tərəfindən ayrılan 190 manat birdəfəlik müavinətin ödənilməsi üçün bank tərəfindən pulsuz plastik kartlar təqdim edillmişdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.