Ötən il "Expressbank" ASC-nin nizamnamə kapitalında səhmdarların iştirak paylarında dəyişiklik olub.
Eləcə də bax: “Expressbank” 2021-ci il üzrə audit hesabatını - AÇIQLADI
FED.az xəbər verir ki, "AZENCO Group” MMC-nin payı 40%-dən 48.78%-ə, “Enerqoservis” MMC-nin payı 17.69%-dən 21.57%-ə, Hikmət Xammədovun payı 16%-dən 19.52%-ə, Hafiz Seyidovun payı 8%-dən 9.75%-ə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin payı 0.31%-dən 0.38%-ə yüksəlib.
18%-lik xəzinə səhmləri isə digər səhmdarlar tərəfindən əldə edilib.
31 Dekabr 2021-ci il tarixində "Expressbank" ASC 112 milyon 545 min manat nizamanmə kapitalına malik olub.
"Expressbank" 2021-ci ili 10 milyon 569 min manat xalis mənfəət ilə başa vurub. (Marja)