Müştərilərinin rahatlığını əsas prinsiplərindən biri hesab edən Expressbank, bu istiqamətdə yeniliklər etməyə davam edir!
Expressbank eManat vasitəsilə yeni xidmət imkan yaradır. Expresspay terminallarından olduğu kimi, eManat terminallarında da hesaba mədəxil funksiyası artıq aktivdir. Müştərilərimiz eManat terminalları ilə plastik kart hesablarına pul mədaxil edə bilərlər.
Bunun üçün eManat terminallarında banklar hissəsinə daxil olaraq Expressbankı seçib, müvafiq əməliyyatı yerinə yetirə bilərsiniz.
Daha ətraflı məlumatı: Expressbank-ın rəsmi saytına www.expressbank.az daxil olaraq və 132 Məlumat Mərkəzinə zəng edərək ala bilərsiniz.