Sosial yönümlü layihələrin həyata keçirilməsinə xüsüsi önəm verən Expressbank, Korporativ Sosial Məsuliyyət çərçivəsində həssas əhali qrupuna aid ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə keçirilən müxtəlif layihələrdə daim iştirak edir.
Eləcə də bax: "Expressbank"dan xanımlara - 8 Mart Hədiyyəsi!
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas qrupların özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsində əməkdaşlığ"a dair imzalanmış Memoranduma əsasən Expressbank növbəti dəfə sosial müdafiəyə xüsusi ehtiyacı olan 10 ailəni dəstəkləyib. Həmin vətəndaşlar dərzi kimi fəaliyyətə başlayaraq öz bizneslərini qurmaq və sahibkar adını qazana bilmək üçün Expressbank tərəfindən cari il ərzində bütün zəruri avadanlıqlarla təmənnasız təmin ediliblər.
Expressbank tərəfindən vətəndaşlara avadanlıqların təqdim edilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşlarının iştirakı ilə baş tutub. "KOB Dostu" layihəsinin əsas məqsədi gələcəkdə sahibkarların mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, onların hüquqlarının müdafiəsi və yarana biləcək problemlərin həllinin dövlət-sahibkar əməkdaşlıq platformasında yerində operativ həll edilməsidir.
Qeyd edək ki, ötən il ərzində Expressbank ümumilikdə 16 aztəminatlı ailəyə Özünüməşğulluq proqramı çərçivəsində dəstək olub.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.