"Expressbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 16 iyul 2021-ci il tarixində baş tutacaq.
Yığıcağın keçirilməsi Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 (Dəmirçi Tauer Biznes Mərkəzinin 8-ci mərtəbəsi, otaq 8 A) ünvanında yerləşən inzibati ofisində, saat 12:00-da təyin edilmişdir.
Yığıncağın gündəliyi :
- Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiqlənməsi;
- Cari və təşkilati məsələlər;