Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Şahap Kavcıoğlu, Bloomberg-ə xüsusi bir müsahibə verib.
FED.az xəbər verir ki, Kavcıoğlu müsahibəsində, "Aprel və ya sonrakı aylarda dərhal faiz endiriləcək şəklində bir yanaşma doğru deyil" ifadələrini istifadə edib.
TCMB sədri, Mərkəzi Bankın 5% inflyasiya hədəfinə də möhkəm bağlı olduğunu vurğulayıb.
"Yeni dövrdə də qərarlarımızı inflyasiyadakı enişin qalıcılığını təmin edəcək şəkildə verməyə davam edəcəyik", - ifadələrini istifadə edən Kavcıoğlu, "Bu çərçivədə bu ana qədər atılmış olan pul siyasəti addımlarının təsirlərini də müşahidə edəcəyik", - deyib.
Kavcıoğlunun TCMB sədri təyin edilməsindən dərhal əvvəl Naci Ağbalın sədrliyi ilə faiz proqnozun üzərində artırmış, Ağbalın vəzifədən azad edilməsilə pul siyasətində də ani bir dəyişiklik olacağı gözləntiləri ortaya çıxmışdı. Bu vəziyyət, Türk Lirəsində güclü satışlara səbəb olmuşdu və sərmayəçilərdə doğru olmayan siyasətlərə qaydılacağı narahatlıqları gündəmə gəlmişdi.
Bu gün Türk Lirəsi Dollar qarşısında bahalaşır. Bakı vaxtı ilə saat 10:30-da Dollar/TL məzənnəsi 0,7% geriləmə ilə 8.05 səviyyələrində olub.