"01 Fevral 2023-cü il tarixindən əmanətlərin faiz gəlirləri vergiyə cəlb ediləcəkdir. Biz gözləyirik ki, banklar vergi xərclərini depozit faizlərində əks etdirəcəklər".
Azərbaycanda depozit faizlərinə - Vergi Tətbiqi Təsdiqlənib
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Biz gözləyirik ki, depozitlərin banklardan çıxmaması üçün faizlər vergi faizi nisbətində artırılacaqdır", – Taleh Kazımov əlavə edib.
Mərkəzi Bankın sədri əlavə edib ki, ola bilsin ki, bu məsələ kredit faizlərinin artmasına təsir göstərəcək: "Aman vaxt keçməlidir ki, biz bunu qiymətləndirək".
Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev isə əlavə edib ki, Mərkəzi Bank əmanət faizlərinin vergiyə cəlb edilməsinin maliyyə sabitliyinə və əmanətlərin həcminə ciddi təsir göstərməyəcəyi qənaətindədir. (Marja)