2023-cü ilin sonuna Azərbaycan banklarının aktivləri 49,2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Depozit gəlirlərini vergidən tamamilə - NECƏ AZAD ETMƏK OLAR? - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda "Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"O cümlədən, ötən il bankların iqtisadiyyata kredit qoyuluşu 18,3 % artaraq 23,2 milyard manata çatıb. Kreditlərin dollarlaşma əmsalı isə 18,8 % təşkil edib", - deyə o qeyd edib.
Bundan başqa, ABA sədri deyib ki, bu ilin əvvəlinə banklarda ötən ilin əvvəlinə nisbətən 2,3 % çox - 34,6 milyard manat depozit, o cümlədən 9,2 % çox - 12,5 milyard manat əmanət olub: "Depozitlərin dollarlaşma əmsalı 36,4 % olsa da, fiziki şəxslərin əmanətləri üzrə bu hədd 33,4 % təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 10,7 faiz bəndi və 6,4 faiz bəndi azdır".
Z. Nuriyevin sözlərinə görə, il ərzində bankların kapital mövqeyi də güclənib, sektorun balans kapitalı 8,4 % artaraq 6,1 milyard manat olub.
ABA sədri 2023-cü ildə bankların 2022-ci illə müqayisədə 17 % çox - 1,1 milyard manat mənfəət əldə etdiyini də qeyd edib.
"Hesabat dövründə bank kartlarının sayı 23 % artaraq 16,6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3,1 milyon ədəd olub ki, bunun da 95,4 %-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76 %-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS -terminallarla ödənişlərin isə 91 %-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir", - deyə o qeyd edib. (Report)