29 aprel 2022-ci il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində saat 12:00-da baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi
- Bank VTB (Azərbaycan) ASC-nin 2021-ci il üzrə maliyyə hesabatlarına baxılması.
- Bank VTB (Azərbaycan) ASC-nin 2021-ci il üçün mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi ilə bağlı təkliflərə baxılması