FED.az xəbər verir ki, bank VTB (Azərbaycan) filiallarının iş rejimini yeniləyib. İndi VTB (Azərbaycan)-ın bütün filialları müştərilərə həftənin 6 günü xidmət göstərir.
Eləcə də bax: VTB (Azərbaycan) müştəriləri ƏDV-nin bir hissəsini - Bank Kartlarına Geri Alacaq
Filialların iş rejimi:
- Həftə içi: 09.00-dan 19.00-dək
- Şənbə günləri: 10.00-dan 16.00-dək
Yeni rejimə keçid müştəriləri maksimal rahatlıqla təmin etməyə, eləcə də göstərilən xidmət keyfiyyətinin artırılmasına imkan verəcək. Yeni rejim çərçivəsində bank VTB (Azərbaycan)-ın filialları müştərilərə bütün növ bank xidmətlərini, o cümlədən cari hesabdan vəsaitin verilməsi, POS-terminal vasitəsilə əməliyyatların keçirilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, depozit hesabların açılması və artırılması kimi xidmətləri göstərməyə davam edəcək. Filiallara kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.
Filialların işi haqqında ətraflı məlumatı bankın saytından, eləcə də WhatsApp
(+99455 2140986) və ya 986 qısa nömrəsi vasitəsi ilə əldə etmək mümkündür.