"Bank VTB Azərbaycan" 2024 cü ilin ilk rübünü 2 milyon 202 min manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Bu dövrdə bankın faiz gəlirləri 7 milyon 178 min manat təşkil edib ki, bunun da 6 milyon 101 min manatı kreditlərdən əldə edilən faiz gəlirləri hesabına formalaşıb.
Son bir ildə faiz gəlirləri 380 min manat (6%), kreditlərdən əldə edilən faiz gəlirləri 615 min manat (11%) artıb.
Faiz xərcləri isə 206 min manat və ya 12% artaraq 1 milyon 979 manat təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 4 milyon 794 min manat təşkil edib ki, bu da illik müqayisədə 73 min manat və ya 2% çoxdur.
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın qeyri-faiz gəlirləri 2 milyon 701 min manat, xərcləri isə 6 milyon 773 min manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 1 milyon 284 min manat (91%), xərcləri isə 691 min manat (11%) artıb.
Əmək haqqı xərcləri347 min manat (10%) artaraq 3 milyon 972 min manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 2 milyon 43 min manat, amortizasiya xərcləri 523 min manat digər xərcləri isə 235 min manat olub.
İllik müqayisədə ümumi və inzibati xərclər 293 min manat (17%), amortizasiya xərcləri 42 min manat (9%), digər xərclər isə 10 min manat (4%) artıb.
"Bank VTB Azərbaycan" bu ilin ilk rübündə 243 milyon 399 min manat aktivlərə malik olub.
Ötən ilin son rübündə "VTB Bank Azərbaycan" 198 milyon 1 min manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi son bir ildə 10 milyon 881 min manat (6%) böyüyüb.
Onun da 81 milyon 954 min manatını istehlak, 65 milyon 741 min manatını biznes kreditləri, 50 milyon 306 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə istehlak kreditləri, 7 milyon 154 min manat (10%), biznes kreditləri 1 milyon 190 min manat (2%), ipoetka kreditləri 2 milyon 537 min manat (5%) böyüyüb.
Ümumi kredit portfelinin 24 milyon 881 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 173 milyon 120 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 9 milyon 359 min manat, başqa sözlə 6% artım deməkdir.
Bankın öhdəlikləri 150 milyon 47 min manat təşkil edib.
Depozit portfelinin həcmi 79 milyon 284 min manat olub ki, onun da 51 milyon 528 min manatı fiziki, 27 milyon 756 min manatı hüquqi şəxslərin paylna düşüb.
Hüquqi şəxslərin əmanətləri 3 milyon 711 min manat (15%) artıb.
Bankın balans kapitalı 93 milyon 352 min manat təşkil edib kİ, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 297 min manat və ya (3%) çoxdur.