Bank VTB (Azərbaycan) ASC-nin rüblük hesabatına əsasən, bu ilin yanvar-sentyabr aylarına əsasən bankın ümumi qeyri-faiz gəlirləri 11 milyon 388 min manat təşkil edib.
FED.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 553 min manat və ya 15,8% artım deməkdir.
Qeyri-faiz gəlirlərinin əhəmiyyətli hissəsini – 7 milyon 347 min manatını xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla) təşkil edib. İlin əvvəlindən xarici valyutadan gəlirlər 691 min manat (10,4%) artıb.
Hesabat dövründə bankın alınan haqq və komissiya gəlirlərində kəskin artım qeydə alınıb. Belə ki, bu gəlirlər 1 milyon 308 min manat və ya 76,1% artaraq 3 milyon 028 min manata çatıb. Digər gəlirlər isə 1 milyon 014 min manat olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə bankın ümumi qeyri-faiz gəlirləri 9 milyon 835 min manat təşkil etmişdi. Bu gəlirlərin 1 milyon 720 min manatı alınan haqq və komissiya gəlirləri, 6 milyon 656 min manatı xarici valyutadan gəlir/zərər, 1 milyon 460 min manatı isə digər gəlirlər idi. Qiymətli kağızlardan gəlir isə hər iki dövrdə sıfır olaraq qalıb.