“Bank VTB (Azərbaycan)” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat bankın həm gəlirlərinin, həm də mənfəətinin əhəmiyyətli dərəcədə artdığını göstərib.
Bank 2025-ci ilin 9 ayını 10,5 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 4,4 milyon manat və ya 70,8% çoxdur.
Bankın faiz gəlirləri 31,1 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 7,5 milyon manat (31,7%) artımdır.
Bu artımın əsas səbəbi müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu gəlirlər 23,6 milyon manata bərabər olub ki, bu da illik 3,8 milyon manat (19,3%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 5,2 milyon manat olub. Bu da illik 3,2 milyon manat (2,5 dəfə) artımdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 920 min manat təşkil edib.
Hesabat dövründə faiz xərcləri 7,4 milyon manat təşkil edib. Bu da illik müqayisədə 1,2 milyon manat (19,9%) çoxdur.
Depozitlər üzrə faizlər 5,8 milyon manata bərabər olmaqla illik, 1 milyon manat (22,1%) artıb.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 1,5 milyon manat olub.
Nəticədə, bankın xalis faiz gəlirləri 22,9 milyon manata çatıb. Bu da illik 7 milyon manat və ya 44% artımın baş verməsi deməkdir.
Bankın qeyri-faiz gəlirləri 11,4 milyon manat olub. Son bir il ərzində 1,5 milyon manat (15,8%) artım qeydə alınıb
Alınan haqq və komissiya gəliri 1,3 milyon manat, başqa sözlə 76% artaraq 3,0 milyon manata yüksəlib.
Xarici valyutadan gəlir 7,3 milyon manat olub. Bu da illik 691 min manat (10,4%) artımdır.
Qeyri-faiz xərcləri 25,2 milyon manat təşkil edərək il ərzində 3,6 milyon manat (16,6%) artıb.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 16,2 milyon manata bərabər olub. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3 milyon manat (22,1%) çoxdur.
Ümumi və inzibati xərclər 5,5 milyon manat, amortizasiya xərcləri 2,0 milyon manat, digər xərclər isə 1,4 milyon manat olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ötən ilki 1,9 milyon manatlıq ehtiyat bərpasının əksinə olaraq, bu il 1,3 milyon manatlıq xərc yaradıb.
Bu amillərin birgə təsiri ilə Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 10,5 milyon manat olub. Bu da illik 4,4 milyon manat (70,8%) artımdır.
Hesabat rübündə "Bank VTB (Azərbaycan)" 298,3 milyon manat cəmi aktivlərə malik olub.
Nağd pul vəsaitlərinin 20,2 milyon manata, ticarət və investisiya qiymətli kağızları 9,9 milyon manata bərabər olub.
Müştərilərə verilmiş xalis kreditlər 209,5 milyon manata bərabər olub. Bu, ilin əvvəli ilə müqayisədə 2,7 milyon manat (1,3%) artımdır.
İstehlak kreditləri 106,5 milyon manata bərabər olmaqla 7,1 milyon manat (7,1%) artıb.
Biznes kreditləri 70,8 milyon manat təşkil edib.
Daşınmaz əmlak kreditləri isə 64,7 milyon manat olub ki, bu da 7,7 milyon manat (13,5%) artımdır.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 18,0 milyon manat təşkil edib.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər 14,6 milyon manat olub.
Əmlak və avadanlıqlar 9,2 milyon manat, qeyri-maddi aktivlər 9,3 milyon manat, digər aktivlər isə 7,7 milyon manat təşkil edib.
Cəmi öhdəliklər 186,8 milyon manata bərabər olub.
Bundan digər maliyyə institutları qarşısında öhdəliklər 1,8 milyon manat təşkil edib.
Depozitlər 103 milyon manata bərabər olub.
Fiziki şəxslərin depozitləri 76,8 milyon manat təşkil edib. illik müqayisədə bu depozitlər 6,7 milyon manat (9,6%) artıb.
Hüquqi şəxslərin depozitləri isə 26,2 milyon manata bərabər olub.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 69,0 milyon manata yüksələrək 8,0 milyon manat (13,1%) artıb.
Digər öhdəliklər isə 13,0 milyon manat təşkil edib.
Cəmi kapital ötən ilin sonuna nəzərən 10,5 milyon manat (10,4%) artaraq 111,5 milyon manata yüksəlib
Səhmdar kapitalı 315,8 milyon manat səviyyəsində dəyişməz qalıb.
Ümumi ehtiyatlar isə 1,9 milyon manat olub.