Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Bank Standard" QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq.
Eləcə də bax: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu - Məşhur İş Adamını Məhkəməyə Verib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
"22 dekabr 2021-ci il tarixində saat 11:00-da Bakı Hərrac Mərkəzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan KB "Bank Standard" QSC-nin daşınmaz əmlakı açıq hərrac yolu ilə satışa çıxarılacaq", - Fonddan bildirilib.
Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi 18A ünvanında yerləşən ümumi sahəsi 9 241,5 kv. metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 29 mln. manatdır.
Hərrac Bakı şəhəhəri, Yasamal rayonu, məhəllə 593, Ə. Salamzadə küç., 2C (3-cü mərtəbə) ünvanında keçiriləcək.