Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb.
Bankdan FED.az-a verilən məlumata görı, sazişə əsasən Banka 15 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
“Biz Bank Respublika ilə tərəfdaşlığımızdan çox məmnunuq, çünki bu əməkdaşlıq sayəsində, Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin maliyyələşdirilməsinin inkişafı üçün yeni imkanlar yaranıb. Yeni kredit xətti təkcə fondun əsas müştəri qrupları üçün uzunmüddətli maliyyələşməni təmin etməyəcək, həm də onun yerli valyutada verilməsi sahibkarların valyuta dəyişkənliyindən qorunmasını təmin edəcək ki, bu da dayanıqlı iqtisadi artım üçün vacibdir” - deyə EFSE İdarə Heyətinin sədri Klaus Müller bildirib.
“Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir. EFSE kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun, xüsusən də ölkənin regionlarında fəaliyyət göstərən iş adamlarının maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradacaq”- deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.