Böyük Vətən müharibəsi dövlətimizin qüdrətini, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi.
Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika , 1 iyun – Uşaqların Müdafiəsi Günündə xeyirxah aksiya keçirib.
Belə ki, “Bank Respublika”nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları, xalqımıza Qələbə sevinci yaşadaraq şəhid olmuş bankın müştərilərinin övladlarını ziyarət edib.
Keçirilən görüşlərdə bankın əməkdaşları Vətən müharibəsinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq bildiriblər ki, şəhidlər bizim qürurumuz, iftixarımız, fəxrimiz, and yerimizdir!
Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onların xatırlayacağını bildiriblər.