Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti layihəni uğurla başa vurub.
Eləcə də bax: Yeni il ərəfəsində "Bank Respublika" “20 + 21” kredit kampaniyasına - Start Verir
FED.az xəbər verir ki, bank ilin əvvəlindən start götürən Özünüməşğulluq proqramı çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan daha 29 nəfərin şəxsi biznes yaratmaq arzularını reallaşdırıb.
Bu dəfə Bankın əməkdaşları Bakı, Abşeron, Sumqayıt, Gəncə, Qusar, Lənkəran, Masallı, Şirvan, Tovuz və Bərdədə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəhid və aztəminatlı ailələrə eləcə də işsiz şəxslərə onların sosial rifahını yüksəltmək məqsədilə əvəzsiz olaraq mal-qara, avadanlıq və digər aktivlər təqdim edib.
Bununla da yeni un məmulatları sexi, playstation oyun zalı, tekstil məhsulları istehsal edən kiçik müəssisə, avtoyuma və avtoelektrik mərkəzi, playstation oyun zalı, heyvandarlıq təsərrüfatı, broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.
Sakinlər daimi gəlir mənbəyi yaratdıqlarına görə “Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Bank Respublika cari ildə Özünüməşğulluq proqramı çərçivəsində 71 nəfər vətəndaşın özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.