Cari ilin ilk rübündə "Bank Respublika"nın əmək haqqı xərcləri 13 milyon 704 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində 1 milyon 91 min manat (9%) artım qeydə alınıb.
2023-ci ilin rübündə bu göstərici 12 milyon 617 min manat təşkil edib.