19 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Onlayn formatda baş tutan Ümumi Yığıncağında “Bankçılıq Mükafatları-2019 – 2020” adlı tədbiri də baş tutmuşdur.
Eləcə də bax: "Bank Respublika" “Öz Çərşənbəni Seç!” kredit kampaniyasına - Start Verir
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2019 – 2020-ci illərdə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Həmçinin, ABA-ya üzv banklar tərəfindən hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi istiqamətində çoxsaylı işlər görülmüş və tədbirlər həyata keçirilmişdir. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən, eləcə də yeni innovativ bank məhsulları təklif edən Bank Respublika, iştirak etdiyi bütün nominasiylar üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb:
- Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ən fəal bank;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank;
- Elektron Bankçılıq sahəsində ən fəal bank;
- Ən fəal təhsil dəstəkçisi;
- Ən fəal maliyyə savadlılığı dəstəkçisi.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.