Bu ilin I rübündə "Bank of Baku"nun kredit portfeli 770 milyon manatdan bir qədər yüksək olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bundan istehlak kreditlərinin payına 589 milyon manat, biznes kreditlərinin payına 137,6 milyon manat, daşınmaz əmlak kreditlərinin payına 50,8 milyon manat düşüb.
2024-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 16,6 milyon manat (2%), istehlak kredit portfeli 9,7 milyon manat (2%), biznes kreditləri 4,9 milyon manat (4%), ipoteka kreditlərinin həcmi 2milyon manat (4%), böyüyüb.
Ümumi kredit portfelinin 56,8 milyon manatını mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat vəsaiti təşkil edib.
Nəticədə xalis kredit portfelinin həcmi 720,2 min manata bərabər olub ki, bu da illik 14,9 milyon manat və ya 2% artım deməkdir.