"Bank of Baku"nun kredit portfeli ötən rübün sonunda 659 milyon 043 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bundan istehlak kreditləri 476 milyon 055 min manat, biznes kreditləri 148 milyon 087 min manat, daşınmaz əmlak kreditləri isə 34 milyon 896 min manat həcmində olub.
2022-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 81 milyon 509 min manat (14,1%), istehlak kredit portfeli 77 milyon 952 min manat (19,6%), daşınmaz əmlak kreditlərinin həcmi 10 milyon 171 min manat (41,1%) artıb.