Bank of Baku-nun KOS və Korporativ Biznes Departamentinə yeni direktor təyin edilib.
Eləcə də bax: “Bank of Baku”nun İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bankdan verilən məlumata görə, departamentə rəhbərlik 10 noyabr tarixindən Seymur Qasımova həvalə olunub.
Karyerasına 2011-ci ildə Dəmir Bank-da başlayan Seymur Qasımov, 2012-ci ildən Bank VTB Azərbaycanda müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Korporativ Biznesin İnkişafı departamentinin Orta biznesin idarəedici direktoru vəzifəsində çalışıb. 2005-2009-cu illərdə ADİU Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində təhsil alıb.