Vətəninə, millətinə hər zaman faydalı olmağa çalışan və bu amal uğrunda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində bir çox layihələrə imza atan Bank of Baku, doğma torpaqlarımızın – Qarabağımızın dirçəlişinə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna 100.000 AZN həcmində vəsait köçürüb.
Bankdan FED.az-a verilən məlumata görə, bu töhfəni yüksək qiymətləndirən Qarabağ Dirçəliş Fondu bankı xüsusi sertifikat ilə təltif edib.
“Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı” Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə təşkil olunmuş görüşdə Bank of Baku-nun Müşahidə Şurasının Sədri Elçin İsayevə təqdim edilib.
Xatırladaq ki, Bank of Baku, eyni zamanda, Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN məbləğində vəsait köçürmüşdür.
Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirdiyi bütün layihələr haqqında daha ətraflı məlumatla bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi