"Bank of Baku" ASC milyon manat dəyərində istiqraz buraxır.
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 400 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
İstiqrazların illik faiz dərəcəsi 13 faiz təşkil edir.
Birinci buraxılış istiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (birinci buraxılışın yerləşdirilmə tarixindən etibarən 18 ay müddətində ildə günlərin sayı 360və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 90 gündən bir ödənilir.
Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti iş günü ödənilir.
Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcək.
Anderrayter "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.