“Bank Melli İran” 2024-cü ilin son rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, İran bankı ötən iliin son rübündə 5 milyon 70 min manat faiz gəliri əldə edib. Bu illik, müqayisədə 1 milyon 972 min manat və ya 64% çoxdur.
Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaların həcmi 3 milyon 376 min manat və ya 2 dəfə artaraq 6 milyon 624 min manata yüksəlib.
Bankın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 67 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 10,1 min manat, haqq və komissiya gəlirləri 8,1 min manat, xərcləri isə 196,6 min manat olub.
İllik müqayisə ilə xarici valyuta əməliyyatları üzrə gəlirləri 120,1 min manat (12,9 dəfə), haqq və komissiya gəlirləri 45,1 min manat (6,6 dəfə) azalıb, lakin haqq və komissiya xərcləri 100,8 min manat, başqa sözlə (2,1 dəfə) artıb.
Bu dövrdə digər gəlirlər 8,2 min manat, inzibati xərclər 2 milyon 173 min manat təşkil edib. İllik müqayisə ilə digər gəlirlər 3,4 min manat (29,3%) azalıb, inzibati xərclər isə 27 min manat (1,3%) artıb.
Bank sonuncu rübü 7 milyon 716 min manat mənfəətlə başa vurub.
Bank 2023-cü ilin sonucu rübündə 3 milyon 871 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 3 milyon 845 min manat və ya 99% çoxdur.
Hesabat dövründə bank 1 milyon 568 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisə ilə 1 milyon 77 min manat (3,2 dəfə) artıqdır.
“Bank Melli İran” ötən ilin son rübündə 119 milyon 106 min manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 2 milyon 658 min manat (2,2%) azalıb.
Bunun da 38 milyon 837 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar təşkil edib. Bu göstərici son 1 il ərzində 7 milyon 393 min manat və ya 16% azdır.
Bankın kredit portfeli də illik müqayisədə 2 milyon 583 min manat və ya 2,7 dəfə kiçilərək 1 milyon 496 min manata düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 32 milyon 762 min manat, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi 40 milyon 765 min manat təşkil edib.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi ötən ilin sonu ilə müqayisədə 2 milyon 353 min manat (6,7%) azalıb, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi isə 8 milyon 118 min manat (25%) artıb.
Bankın öhdəlikləri 70 milyon 165 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 10 milyon 502 min manat və ya 13% azdır.
Öhdəliklərin 16 milyon 751 min manatı maliyyə institutları qarşısında öhdəliklər, 35 milyon 596 min manatını müştəri hesabları, 15 milyon 952 min manatı subordinasiya borc öhdəlikləri təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə maliyyə institutları qarşısında öhdəliklər 2 milyon 490 min manat (13%), müştəri hesabları 8 milyon 431 min manat (19%) , subordinasiya borc öhdəlikləri isə 937 min manat (6%) azalıb.
Hesabat dövründə bankın balans kapitalı 7 milyon 784 min manat (19%) artaraq 48 milyon 941 min manata yüksəlib, lakin yığılmış zərəri 7 milyon 784 min manat (24%) azalaraq 24 milyon 670 min manata düşüb.