“Bank Melli İran” 2024-cü ilin üçüncü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, İran bankı bu iliin üçüncü rübündə 3 milyon 723 min manat faiz gəliri əldə edib. Bu illik, müqayisədə 1 milyon 546 min manat və ya 71% çoxdur.
Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaların həcmi 488 min manat və ya 25 % artaraq 2 milyon 475 min manata yüksəlib.
Bankın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 58,4, xarici valyuta əməliyyatları üzrə gəlirləri 4,4 min manat, haqq və komissiya gəlirləri 6,8 min manat, xərcləri isə 114,5 min manat olub.
İllik müqayisə ilə xarici valyuta əməliyyatları üzrə gəlirləri 125,6 min manat (29,5 dəfə), haqq və komissiya gəlirləri 43,6 min manat (7,4 dəfə) azalıb, lakin haqq və komissiya xərcləri 74,8 min manat, başqa sözlə (2,9 dəfə) artıb.
Bu dövrdə digər gəlirlər 6,7 min manat, inzibati xərclər 1 milyon 135 min manat təşkil edib. İllik müqayisə ilə digər gəlirlər 2,7 min manat (28,7%), inzibati xərclər isə 343 min manat (23,2%) azalıb.
Bank üçüncü rübü 5 milyon 24 min manat mənfəətlə başa vurub.
Bank 2023-cü ilin üçüncü rübündə 2 milyon 794 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 2 milyon 230 min manat və ya 80% çoxdur.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
“Bank Melli İran” cari ilin III rübündə 118 milyon 298 min manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 3 milyon 466 min manat (2,8%) azalıb.
Bunun da 41 milyon 315 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar təşkil edib. Bu göstərici son 9 ay ərzində 4 milyon 915 min manat və ya 11% azdır.
Bankın kredit portfeli də 9 ay ərzində 2 milyon 299 min manat və ya 2,3 dəfə kiçilərək 1 milyon 780 min manata düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 36 milyon 762 min manat, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi 34 milyon 917 min manat təşkil edib.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi ötən ilin sonu ilə müqayisədə 1 milyon 647 min manat (4,7%) , maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi isə 2 milyon 270 min manat (7%) artıb.
Bankın öhdəlikləri 72 milyon 114 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 8 milyon 493 min manat və ya 11% azdır.
Öhdəliklərin 18 milyon 241 min manatı maliyyə institutları qarşısında öhdəliklər, 35 milyon 568 min manatını müştəri hesabları, 17 milyon 78 min manatı subordinasiya borc öhdəlikləri təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə maliyyə institutları qarşısında öhdəliklər 1 milyon manat (5%), müştəri hesabları 8 milyon 459 min manat (19%) azalıb, subordinasiya borc öhdəlikləri isə 159 min manat (1%) azalıb.
Hesabat dövründə bankın balans kapitalı 5 milyon 24 min manat (12%) artaraq 46 milyon 181 min manata yüksəlib, lakin yığılmış zərəri 5 milyon 24 min manat (16%) azalaraq 27 milyon 430 min manata düşüb.