Azərbaycanda banklara yerləşdirilən əmanətlərin 73 %-nin məbləği 30 min manata qədərdir.
Manat və dollar əmanəti hansı bankda – daha sərfəlidir? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"Bu sahədə fevral ayından bəri azalma müşahidə edirik", - deyə o qeyd edib.
"Bizi narahat edən digər bir məqam isə 1 ilə qədər müddətə yerləşdirilmiş əmanətlərin ümumi əmanətlərdə payının 81 % təşkil etməsidir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzunmüddətli maraqları kifayət qədər deyil ki, aktiv şəkildə biznes kreditləri versinlər", - deyə sədr əlavə edib.
"Narahat edici məqamlardan biri də valyuta təklifinin tələbi üstələdiyi vaxtda AMB-nin valyuta bazarına alış yönümlü müdaxiləsidir. Müdaxilə baş verirsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın artımının qarşısını almaq üçün AMB-nin sterelizasiya əməliyyatlarının genişlənməsi zəruri ola bilər. Bu isə xərclərimizin artımı deməkdir", - deyə T.Kazımov vurğulayıb. (Report)