"Bank BTB" 2025-ci ilin 1-ci rübünün maliyyə vəziyyətini açıqlayıb. İlk rübdə bank 7,9 milyon manat faiz gəliri əldə edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri illik müqayisədə 270 min manat (4%) artıb.
Faiz gəlirlərinin təxminən 7,5 milyon manatı müştərilə kreditlər üzrə faizlər gəlirləri olub ki, bu da 390 min manat (6%) artımdır.
Faizlər və onlara bağlı xərclər 4,6 milyon manata bərabər olub ki, bunun da 2,4 milyon manatı müştərilərə depozitlər üzrə faiz xərcləridir.
Nəticədə "Bank BTB"nin xalis faiz gəlirləri 3,3 milyon manata yaxınlaşıb, bu da illik 392 min manat (14%) artımdır.
Hesabat rübündə bankın qeyri-faiz gəlirləri 423 min manat və ya 40% artaraq 1,5 milyon manata çatıb. Bunun da 293 min manatı hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirləri, 1 milyon 195 min manatı digər xidmət növlərindən komisyon gəlirləri olub. Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirləri 87 min manat (42%), digər xidmət növlərindən komisyon gəlirləri 336 min manat (39%) artıb.
Bankın qeyri-faiz xərcləri 3,6 milyon manata bərabər olub ki, onun da 1,8 milyon manatı göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərcləri, 1,8 milyon manatı ümumi və inzibati xərclər olub. Qeyri faiz xərcləri 558 min manat (18%), göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərcləri 1,3 milyon manat (3,7 dəfə) artıb.
"Bank BTB"-nin əməliyyat mənfəəti 257 min manat (28%) artaraq 1,2 milyon manata yaxınlaşıb.
"Bank BTB" 2025-ci ilin 1-ci rübünü (yanvar-mart) 814 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2024-cü ilin eyni dövrünü 129 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank BTB"nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 685 min manat və ya 6,3 dəfə artıb. Bank bu dövrdə mənfəət vergisi ödəməyib.
"Bank BTB" 367,3 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 4,5 milyon manat (1%) böyüyüb.
Xalis kredit portfeli 269,6 milyon manat təşkil edib.
Bankın cəmi öhdəlikləri 3,6 milyon manat (1%) artımla 315 milyon manata, depozit portfeli isə 1,7 milyon manat (1%) artımla 147 milyon manata yaxınlaşıb.
"Bank BTB"nin balans kapitalı 52,4 milyon manata bərabər olub ki, bu da ötənilin sonu ilə müqayisədə 880 min manat (2%) artımdır.