Cari ilin ilk rübündə "Bank BTB"-nin xalis kredit portfeli 279 milyon 913 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın xalis kredit portfelində 29 milyon 355 min manat (11,7%) artım qeydə alınıb.
2023-cü ilin ilk rübündə bu göstərici 250 milyon 558 min manat təşkil edib.