2024-cü ildə "Bank Avrasiya"nın faiz gəlirləri 15 milyon 114 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesbatına istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü ilin sonu ilə müqayisədə 667 min manat və ya 4% azdır.
Faiz xərcləri isə 857 min manat və ya 27% azalaraq 2 milyon 271 min manat təşkil edib.
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 12 milyon 717 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 278 min manat və ya 2% çoxdur.
Beləliklə xalis faiz gəlirləri 11 milyon 858 min manat olub ki, bu da illik müqayisədə 711 min manat və ya 6% azdır.