Bu ilin I rübünün nəticələrinə əsasən "Bank Avrasiya"da vaxtı keçmiş kreditlərin həcmi 20 milyon 177 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu da 2024-cü ilin sonuna nisbətən 1 milyon 621 min manat (8,7%) çoxdur.
Bu kreditlərin ümumi kredit portfelindəki çəkisi 15,3% olub. 2024-cü ilin IV rübünün nəticələrində isə bu rəqəm 13,63% idi.
Bildirək ki, ötən ilin sonunda bankın vaxtı keçmiş kreditlərin həcmi 18 milyon 556 min manat idi.
Bu dövrdə bankın problemli kreditlərinin 6 milyon 780 min manatı sənaye, 6 milyon 838 min manatı kənd təsərrüfatı sahələrinin, 1 milyon 412 min manatı ticarət müəssisələrinə kreditlərin, 2 milyon 211 min manatı digər qeyri-istehsal və xidmət sahələri, 2 milyon 281 min manatı isə şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlərin payına düşüb.
Son 3 ayda vaxtı keçmiş kreditlərin həcmi sənaye və kənd təsərrüfatı sahəsi üzrə dəyiməyib, ı ticarət müəssisələrinə kreditlər 1 miyon 314 min manat (14,4 dəfə), şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər 328 min manat (12,8%) artıb, digər qeyri-istehsal və xidmət sahələri üzrə 22 min manat (1%) azalıb.
Vaxtı keçmiş kreditlərin 10 milyon 698 min manatı paytaxt Bakı şəhərinin payına düşüb ki, bu ilin əvvəlindən 4 milyon 468 min manat (29,5%) artıqdır.
Sumqayıt şəhərində isə 31 min manat (4,6%) azalıb.
Naftalan şəhərində ilin əvvəlindən problemli kreditlərin məbləği 82 min manat (1,3%) artaraq 6 milyon 370 min manata çatıb. Tərtər rayonunda isə bu göstərici dəyişməyərək 1 milyon 659 min manata bərabər olub.