"Bank Avrasiya" ASC cari ilin ilk yarısının yekunlarına dair maliyyə hesabatında ticarət və investisiya qiymətli kağızları üzrə gəlirləri kəskin azalıb.
FED.az xəbər verir ki, hesabatda qeyd olunur ki, ticarət və investisiya qiymətli kağızları üzrə gəlirləri 124 min manat və ya 97,8% azalaraq 3 min manata düşüb.
Bununla yanaşı, banklara verilən kreditlər üzrə faiz gəlirləri də azalıb. Belə ki, hesabat dövründə banklara verilən kreditlər üzrə faiz gəlirləri 2 min manat və ya 0,7% azalaraq 238 min manat həcminə enib.
Bankda müvafiq maliyyə göstəricilərindəki azalmalardan başqa, bankın cəmi faiz xərclərində artım qeytdə alınıb. Cəmi faiz xərcləri 1,2 milyon manat olmaqla, 31 min manat (2,7%) artıb. Yekunda, bankın xalis faiz gəliri 6,9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,1 milyon manatlıq (19,4%) artım deməkdir.